Tanınmış meyxanaçının məhkəməsi BAŞLADI

Tanınmış meyxanaçının məhkəməsi BAŞLADI

Hazırda oxunan: Tanınmış meyxanaçının məhkəməsi BAŞLADI

164356

Külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (“Mahir Ay Brat”) cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Meyxanaçı və vəkili hazırkı mərhələdə hər hansı vəsatətlərinin olmadığını deyiblər. Qərara əsasən iş məhkəmə baxışına verilib.  

Onun cinayət işini hakim Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq. 

Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. 
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO