Binədə baş verən qətllə bağlı CİNAYƏT İŞİ AÇILDI

Binədə baş verən qətllə bağlı CİNAYƏT İŞİ AÇILDI

Hazırda oxunan: Binədə baş verən qətllə bağlı CİNAYƏT İŞİ AÇILDI

164220

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb. 

Bu barədə Bizim.Media-ya Xəzər rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, noyabrın 13-ü saat 18 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Vidadi Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Bəhriş Fərəcovun aralarında yaranmış mübahisə zamanı Vidadi Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəhriş Fərəcov iş üzrə şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO