DYP-dən maşını yol kənarında saxlayan sürücülərə MÜRACİƏT 

DYP-dən maşını yol kənarında saxlayan sürücülərə MÜRACİƏT 

Hazırda oxunan: DYP-dən maşını yol kənarında saxlayan sürücülərə MÜRACİƏT 

164202

“Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla özləri ilə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar”. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsinin bir sıra hallarda daha ağır faciələrə səbəb olduğunu göstərir: 
“Yol-nəqliyyat hadisəsində, eləcə də nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücülərin yerinə yetirməli olduqları vəzifələr qanunvericilikdə göstərilib. Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar”. 

Sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün təhlükəsizlik tədbirləri görməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, yaxud yanıb-sönən qırmızı işıq fənərini qoymalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsini boşaltmalıdır: 
“Eləcə də nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinin kənarına paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra texniki yardım istəməlidir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını diqqətə çatdırır və bir daha sürücülərə müraciət edərək onlardan qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO