Gəncədə dəm qazından zəhərlənən şəxslərin son durumu açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə bir ailənin üzvləri dəm qazından zəhərləndi
"Dünən saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Gəncə şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media