Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Əmirvar kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və bu zaman ağ torbaya bükülü silah-sursat aşkarlanıb.
İlkin baxış zamanı silah-sursatın 1 ədəd Kalaşnikov markalı avtomat, həmin avtomata aid sandıq və 1 ədəd patron olması müəyyən edilib.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alaxançallı kənd sakinindən 1 ədəd müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.
Götürülən hər iki silah müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 13.11.2023
Daşkəsəndə silah-sursat aşkarlandı - FOTO
Hazırda oxunan: Daşkəsəndə silah-sursat aşkarlandı - FOTO
Hazırda oxunan: Daşkəsəndə silah-sursat aşkarlandı - FOTO
164087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.