“Qələbə qaçışı"nın ilin sonunadək bölgələrdə də keçiriləcəyi gözlənilir".
Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda xeyriyyə məqsədilə təşkil olunan 3-cü “Qələbə qaçışı”ndan sonra jurnalistlərə açıqlamasında deyib.
"Artıq 3-cü dəfədir ki, “Qələbə qaçışı" təşkil olunur. İştirakçıların sayı artır. Bu, bizi sevindirir.
Hər birinizi bayram münasibəti ilə təbrik edirəm. Hər dəfə hava şəraiti bizə mane olmağa çalışır. Dünən hava şəraiti ilə əlaqədar bəzi məsələləri dəqiqləşdirməli olduq, lakin, yarış başlayanda hava şəraiti normallaşdı. Bir daha qalibləri təbrik edirəm", - nazir deyib.
Qeyd edək ki, Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş xeyriyyə məqsədi ilə "Qələbə qaçışı" keçirilib. Aleksandr Yadsenko 1, Toğrul Məmmədli 2, Bəxtiyar Əsgərli isə 3-cü yerə çıxıb.
Qeyd edək ki, yarışda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov da finiş xəttinə çatıb. “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:17 / 12.11.2023
“Qələbə qaçışı" ilin sonunadək bölgələrdə də keçiriləcək - Fərid Qayıbov
Hazırda oxunan: “Qələbə qaçışı" ilin sonunadək bölgələrdə də keçiriləcək - Fərid Qayıbov
Hazırda oxunan: “Qələbə qaçışı" ilin sonunadək bölgələrdə də keçiriləcək - Fərid Qayıbov
164003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.