Dörd illik fasilədən sonra Göyçayda Nar Festivalı KEÇİRİLİR - FOTO

Dörd illik fasilədən sonra Göyçayda Nar Festivalı KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Dörd illik fasilədən sonra Göyçayda Nar Festivalı KEÇİRİLİR - FOTO

163898

Göyçay rayonunda XV Nar Festivalı keçirilir.

Bizim.Media-nın Aran bürosunun məlumatına görə, Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 4 illik fasilədən sonra yenidən Nar bayramı keçirilir.

Festivalda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, diaspor nümayəndələri, beynəlxalq təşkilat əməkdaşları iştirak edir.

Ölkəmizin hər yerindən minlərlə insanın iştirak etdiyi möhtəşəm nar festivalı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Tədbirdə narla bağlı müxtəlif sərgilərin, yarış və müsabiqələrin təşkili xüsusilə yaddaqalan olub. Festival iştirakçılarına müxtəlif növdən olan dadlı narlar və onlardan hazırlanan çoxlu çeşiddə məhsullar təqdim olunub. Tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. 

Meydanda təşkil olunmuş kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib, idmançıların, folklor rəqs və musiqi qruplarının bir-birini əvəz edən çıxışları bayramı daha da yaddaqalan edib.
Onu da qeyd edək ki, bu gün saat 16:00-da Nar Festivalı çərçivəsində ölkəmizin tanınmış müğənnilərinin iştirakı ilə konsert proqramı olacaq. Nar bayramı bu gün axşamadək və sabah davam edəcək.


























Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO