Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bizim.Media Xidmətə istinadən xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, səhər saatlarına nisbətən küləyin sürəti zəifləyib, 23 m/s qeydə alınıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.
Bölgələrdə də qeyri-sabit , yağıntılı hava şəraiti müşahidə olunur.
Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit , yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:44 / 10.11.2023
Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 11-nə qədər DAVAM EDƏCƏK
Hazırda oxunan: Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 11-nə qədər DAVAM EDƏCƏK
Hazırda oxunan: Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 11-nə qədər DAVAM EDƏCƏK
163797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.