Şəkidə ağır QƏZA – İki avtomobil toqquşdu

Şəkidə ağır QƏZA – İki avtomobil toqquşdu

Hazırda oxunan: Şəkidə ağır QƏZA – İki avtomobil toqquşdu

163776

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın yetli bürosu xəbər verir ki, qəza Yevlax- Zaqatala- Gürcüstan magistralında baş verib.  

Belə ki, magistralın Şəkinin Kiçik Dəhnə kəndindən keçən hissəsində hərəkətdə olan “Hyundai” və “VAZ-2107” markalı avtomobillər toqquşub.  

Qəza nəticəsində “VAZ- 2107”nin sürücüsü Vahab Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 29 yaşlı sürücü Təcili Tibb Yardım avtomobili vasitəsi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun müalicəsi rayon xəstəxanasında davam etdirilir.  
Faktla bağlı araşdırma aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO