Bakının Nizami rayonu ərazisindəki mağazaların birindən 1 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Cəlal Məmmədov saxlanılıb, ondan 1 ədəd odlu silaha aid döyüş sursatı aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:15 / 10.11.2023
Bakıda qızıl mağazasını yaran şəxsdə silah-sursat AŞKARLANDI
Hazırda oxunan: Bakıda qızıl mağazasını yaran şəxsdə silah-sursat AŞKARLANDI
Hazırda oxunan: Bakıda qızıl mağazasını yaran şəxsdə silah-sursat AŞKARLANDI
163756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.