Şuşadakı qəzada ölənlərin sayı 6 nəfərə ÇATDI - FOTO

Şuşadakı qəzada ölənlərin sayı 6 nəfərə ÇATDI - FOTO

Hazırda oxunan: Şuşadakı qəzada ölənlərin sayı 6 nəfərə ÇATDI - FOTO

163707

Şuşanın Daşaltı kəndində ağır yol qəzasında xəsarət alan sürücü də ölüb. 

Bizim.Media report-a istinadən xəbər verir ki, qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad rayonunun Əlilləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb. 

Belə ki, Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil axşam saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. 
Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO