Sağ qalması möcüzə olan qazi Abdullanın ÖZƏL MÜSAHİBƏSİ

Sağ qalması möcüzə olan qazi Abdullanın ÖZƏL MÜSAHİBƏSİ

Hazırda oxunan: Sağ qalması möcüzə olan qazi Abdullanın ÖZƏL MÜSAHİBƏSİ

163532

Bizim də yolumuz zəfər yolunun açılması naminə öz sağlamlığını qurban vermiş döyüşçülərdən birinin ünvanınadır. O, ünvan ki, orada gözünün ağı qarası olan tək oğul övladlarına xeyir-dua verib cəbhəyə yollayan valideynlər, bir də 44 günlük Vətən müharibəsində hər iki ayağını itirmiş Abdulla yaşayır. Onu zəfər gününün qəhrəmanlarından hesab etmək şübhəsizdir. Qanlı döyüş meydanında qələbənin əldə edilməsi heç də asan başa gəlməyib.  

Bizim.Media olaraq igid qazi Abdulla Abdullayevin döyüş yoluna nəzər salmağı məqsədə müvafiq hesab edirik. 
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO


Abdulla Abdullayev Mingəçevir şəhərində yaşayır. O, döyüşlərə könüllü olaraq qatılıb.  Cəbhənin Ağdam istiqamətində baş tutmuş ağır döyüşlərdən birində ölümcül yaralanıb. Qəhrəmanımız həmin günlərin nə qədər ağır olsa da, bir o qədər də qürurlu olduğunu deyir:


"Yaralandığım döyüşün baş tutduğu gecə qədər zülmət qaranlıq görməmişəm. Göz-gözü görmürdü. Düşmən postumuza atəş basqını etdi. Çox ağır döyüş başladı. Mərmilərdən biri yaxınlığımıza düşdü. Ağır yaralı olduğumu hiss elədim. Ətrafımda döyüş yoldaşlarımın meyitləri vardı. Necə deyərlər, mən də şəhid olmağımı gözləyirdim."  

Kəşfiyyatçı zabit (ehtiyatda olan) Zahid Əliyev deyir ki, Abdullanın yaşaması Allahın möcüzəsidir:

"Posta basqın olduğu barədə məlumat alan kimi Xanı (kəşfiyyatçı gizir Səyyaf Əhmədovu nəzərdə tutur) ilə dərhal əraziyə doğru hərəkətə başladıq. Düşmən ərazini çox ciddi atəş  altında saxlamışdı. Şəhid və yaralıların olduğu bildikdə isə necə olursa-olsun posta girməyi qərara aldıq. Bu bizim də şəhid olmağımıza səbəb ola bilərdi. Posta çatanda Müşviq Abbasovun şəhid olduğu gördük. Əlavə şəhidlər də var idi. Birdən Abdullanın iniltisini eşitdik. Hər iki ayağını itirmişdi. Onu dərhal maşına qoyub təxliyyəsini təmin etdik ", - deyə ehtiyatda olan mayor Zahid Əliyev qeyd edib.


Xanı ləqəbli kəşfiyyatçı gizir,  Səyyaf Əhmədov Abdullanın 1 saatdan artıq yaralı vəziyyətdə döyüş meydanında sağ qalması, ağrı şokuna düşməməsinə ilk dəfə rast gəldiyini dilə gətirir:

"Birinci Qarabağ müharibəsindən 44 günlük müharibəyə qədər bir çox ağır döyüşlərdən keçmişəm. Bir çox döyüş yoldaşlarımı faciəvi şəkildə itirmişəm. Xeyli sayda yaralı çıxarmışam döyüş meydanından. Ancaq Abdullanın düşdüyü vəziyyəti və onun sağ qalmasını ilk dəfə görürdüm. Təsəvvür edin ki, bir saatdan artıq hər iki ayağını itirib, bu müddət ərzində köməksiz vəziyyətdə qan itirib və biz onu 40 dəqiqəyə heç bir tibbi müdaxilə etmədən qospitala çatdırdıq. Tez-tez danışdırırdım ki, huşunu itirməsin. Mənə Mingəçevirdə yaşadıqlarını və evin tək oğlu olduğunu dedi. 


Sonra isə "Komandir, xahiş edirəm, anama deməyin. O, şəkər xəstəsidir. Eşitsə dözə bilməyəcək", dedi - Səyyaf Əhmədov. Hadisəni sözlərlə ifadə etmək çox asan olsa da yaşanan ağrıları, istirabı heç bir cümlələr ifadə edə bilməz. Azərbaycan Texniki Universitetinin məzunu olmuş qəhrəman qazi anasının səhhətinə görə altı ay hər iki ayağını itirdiyini gizlədir. Bəli, qələbə xəbərini qospitalda eşidir. Azərbaycanın qazandığı tarixi qələbə onu yuxusuz qoyan ağrılarına məlhəm olur, desək yanılmarıq. 

 Ancaq Abdulla üçün başqa təlatüm də var:

"Evlə tez-tez əlaqə saxlayırdım. Anama dedim ki, ayağımdan yüngül yara almışam. Müalicəm bitən kimi gələcəm. Altı ay sonra evə gələndə gördü ki, ayaqlarım yoxdur. Halı pisləşdi, diabet xəstəsi olduğu halda əməliyyat etdilər" - deyə Abdulla Abdullayev indi çətin günlərin geridə qalması Azərbaycan adına qürurlu gələcəyin yaşanmasına işarə edir. 


Qəhrəmanımız həmin səfərdə pay sahibi olduğu üçün özünü xoşbəxt hiss edir: "Heç nəyə görə peşman deyiləm. Dövlətimiz üçün canımdan da keçməyə hazıram" deyir.  

Onu da qeyd edək ki, Abdulla müharibədən sonra ailə qurub, övlad sahibi olub. İndi tək amalı onunla ailə qurmuş, sözün əsl mənasında qəhrəman xanımı ilə birlikdə vətənpərvər övladlar yetişdirməkdir. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO