Qusarda 21 yaşlı gəlin əməliyyatdan bir gün sonra dünyasını dəyişdi

Qusarda 21 yaşlı gəlin əməliyyatdan bir gün sonra dünyasını dəyişdi

Hazırda oxunan: Qusarda 21 yaşlı gəlin əməliyyatdan bir gün sonra dünyasını dəyişdi

163456

Xaçmaz rayonunun Çiləgir kənd sakini, Aysel Babayeva müraciət etdiyi Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsində qadın xəstəliyi - yumurtalığındakı şiş ilə əlaqədar əməliyyat olunub. Əməliyyatdan sonra narkozdan ayılmayıb və bir gün sonra  vəfat edib.

Bu barədə dünyasını dəyişən qadının qayınanası, Xaçmaz rayonunun Çiləgir kənd sakini İlhamə Babayeva Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, gəlini sentyabrın 5-də anası tərəfindən Qusar rayon doğum şöbəsinə aparılmışdı, müalicə olunmuşdu. Son dəfə də özünü pis hiss edəndə Xaçmaz rayon mərkəzi xəstəxanasına apardıq, burada ultrasəs müayinəsindən keçib.

Yumurtalığında şiş olduğu müəyyən olundu. Dərhal təkrar Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə aparılan yaralı həkim-ginekoloq Yelema Tağıyeva tərəfindən əməliyyat olunub. Qayınana gəlininin həmin əməliyyatdan sonra narkozdan ayılmadığını deyir. Onun sözlərinə görə, əməliyyatda sonra Aysel özünə gəlməyib.


Burada həkim səhlənkarlığı olduğunu iddia edən İlhamə Babayeva faktın rayon prokurorluğu tərəfindən araşdırıldığını, ekspertizanın rəyini gözlədiklərini bildirib. İlhamə Babayeva gəlininin 2 illik ailə həyatı yaşadığını, onun övladı olması üçün müalicə olunduğunu bildirdi.  

Xaçmaz sakini İlhamə Babayevanın iddialarına Qusar rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin həkim-ginekoloqu Yelena Tağıyeva münasibət bildirib.

Onun sözlərinə görə, mərhum Aysel Babayeva şöbəyə çox ağır-qatlanmış vəziyyətdə gəlmişdi. Təcili əməliyyata götürdük. Burada heç bir həkim səhvindən söhbət gedə bilməz. Aysel qaraciyər çatışmazlığının kəskinləşməsindən əziyyət çəkib, müalicə də olunurdu. Adi bir şiş əməliyyatından xəstə necə ölə bilər? Ekspertiza da ilkin olaraq bunu müəyyən edib.

Ekspertizanın yekun rəyi 20 gün ərzində tam açıqlanacaq. Rayon prokurorluğu faktı araşdırır, hazırda oradayam-deyə Yelena Tağıyeva qeyd edib. 

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır. 










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO