Salyanda narkotik qəbul edib avtomobil sürən şəxs TUTULDU - FOTO

Salyanda narkotik qəbul edib avtomobil sürən şəxs TUTULDU - FOTO

Hazırda oxunan: Salyanda narkotik qəbul edib avtomobil sürən şəxs TUTULDU - FOTO

163444

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya bildirilib ki, yol patrul xidmətinin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ - 21063” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi veriblər. 

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ruslan Qədirovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Qədirovun marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat məbləğində cərimə olunub.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO