Azərbaycanda FAKTİKİ HAVA

Azərbaycanda FAKTİKİ HAVA

Hazırda oxunan: Azərbaycanda FAKTİKİ HAVA

163438

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 08-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Bizim.Media xəbər verir ki, külək Tovuzda 26 m/s, Göyçay, Naftalanda 21 m/s, Ağstafada 20 m/s, Beyləqan, Gəncədə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Yağış Qobustanda 32 mm, Astara, Lənkəran, Quba, Qusar, Şahdağ, Tərtər, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Yardımlıda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Noyabrın 07-si saat 15:24 radələrində Qobustan rayonu ərazisinə xırda ölçülü dolu düşüb.

Noyabrın 08-i gündüz və 09-da ölkə ərazisində hava şəraitnin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO