Samux rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə qonşular arasında baş verən münaqişə nəticəsində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Samuxda ana və oğlu BIÇAQLANIB
İlkin versiyaya görə, hadisəni zərərçəkənlərin qonşusu, 1982-ci il təvəllüdlü Quliyev Fədail Vaqif oğlu törətdib.
Əldə olunann məlumata görə, 3 nəfəri bıçaqlayan F. Quliyev sonradan özünə də xəsarət yetirib. Hazırda o da xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov Bizim.Media, Qərb Bürosu.