Anasını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Anasını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Anasını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

163362

Xəbər verildiyi kimi, cari il avqustun 18-də Ucar rayon Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki,  bu barədə informasiyanı Ucar rayon prokurorluğu yayıb.

İstintaqla 2000-ci il təvəllüdlü Faiq Qurbanovun aralarında yaranmış mübahisə zamanı anası Şəlalə Qurbanovanı yaşadığı evdə naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faiq Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO