Ağcabədi Pedaqoji Kollecinin direktoru vəfat etdi – FOTO  

Ağcabədi Pedaqoji Kollecinin direktoru vəfat etdi – FOTO  

Hazırda oxunan: Ağcabədi Pedaqoji Kollecinin direktoru vəfat etdi – FOTO  

163338

Ağcabədi Pedaqoji Kollecinin direktoru vəfat edib. 

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Mirələm İbrahimli 71 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Ağcabədi rayonunun tanınmış ziyalılarından biri olan Mirələm İbrahimli 1952-ci ildə Ağcabədi rayonun Afşar kəndində anadan olub.

1974-cü ildə Xankəndi Pedaqoji İnstitutunda ali təhsilini başa vurub, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına sahib olub. Əmək fəaliyyətinə rayonun Şənlik kəndində müəllim kimi başlamış, 1975-1977-ci illərdə Şəfəq kəndində, 1978-ci ildə Afşar kəndində müəllim, direktor müavini və direktor kimi xidmət göstərib. Onun sonuncu vəzifəsi Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsi idi. Mərhum M.İbrahimli 1993-cü ildə "Xalq təhsili əlaçısı", 2004-cü ildə isə respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülüb. 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO