20 yanvar dairəsindən Koroğlu metrosu istiqamətinə yolda hərəkət məhdudlaşdırılacaq

20 yanvar dairəsindən Koroğlu metrosu istiqamətinə yolda hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: 20 yanvar dairəsindən Koroğlu metrosu istiqamətinə yolda hərəkət məhdudlaşdırılacaq

163305

Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi 20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO