Ötən gün qanunsuz saxlanılan 18 silah-sursat AŞKARLANDI 

Ötən gün qanunsuz saxlanılan 18 silah-sursat AŞKARLANDI 

Hazırda oxunan: Ötən gün qanunsuz saxlanılan 18 silah-sursat AŞKARLANDI 

163246

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bundan başqa, narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb. 

Bundan başqa, noyabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd “PK” markalı avtomat, 2 tapança, 8 ov tüfəngi, 102 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO