Bakı şəhərinin sakinləri, Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154”x9d təyyarəsinin Soçidən Suriyaya uçarkən qəzaya uğramasıyla əlaqədar başsağlığı əlaməti olaraq Rusiya səfirliyinə gül dəstələri gətirir.
Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin icma üzvləri ilə birlikdə səfirliyin önünə gül dəstəsi qoyub.xa0
Əvvəlcədən məlumat verildiyi kimi, Rusiyada matəm elan olunmasıyla əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154”x9d təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb.xa0
Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, “Ədalətli yardım”x9d xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub. Qəza ilə bağlı cinayət işi başlanılıb.(Report)


































































































