Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada 5 nəfər həyatını itirib.
Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daşaltı kəndi ərazisində aşaraq yanan “Nissan Navara” markalı avtomobildə olan şəxslər “Mikro Tunel Tikinti” MMC-nin əməkdaşları olub.
MÖVZU İLƏ BAĞLI:
Daşaltı kəndində avtomobil aşdı: 5 nəfər yanaraq öldü - FOTO
Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.
Qeyd edək ki, avtomobilin aşaraq alovlanması nəticəsində sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bizim.Media