Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar.
Bizim.Media xəbər verir ki, onlar əraziyə baxış keçirib, yerində vəziyyətlə tanış olublar.
Beynəlxalq səyyahlar orada işğal müddətində Ermənistan ordusunun törətdiyi dağıntıların şahidi olublar.
Qeyd edək ki, 4-6 noyabr tarixlərində dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya və s.) təmsil edən 50 nəfərə yaxın geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri olacaq.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Harry Mitsidis başçılıq edir.
Xatırladaq ki, beynəlxalq səyyahlar noyabrın 4-də Şuşa və Ağdama səfər ediblər.
Bizim.Media