Xəbər verdiyimiz kimi, Qaradağ rayonunda ana və qızının yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılması nəticəsində ana vəfat edib.
Bizim.Media xəbər verir ki, hadisəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi münasibət bildirib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Onun sözlərinə görə, bəzi mənbələrdə bu, intihar kimi təqdim edilməsi çaşqınlıq yaradıb, həmin məlumat yanlışdır.
Xatırladaq ki, Sahil qəsəbəsində qeydə alınan hadisə zamanı aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yerə düşüb. Son anda qızını xilas etmək istəyən anası da müvazimətini itirərək onunla birlikdə yıxılıb. Nəticədə ana ölüb, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:29 / 06.11.2023
Ana və qızının binadan yıxılması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Ana və qızının binadan yıxılması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Ana və qızının binadan yıxılması ilə bağlı AÇIQLAMA
163067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.