Maşını qaçırıb qəza törətdilər - Biri öldü, digəri yaralandı - VİDEO

Maşını qaçırıb qəza törətdilər - Biri öldü, digəri yaralandı - VİDEO

Hazırda oxunan: Maşını qaçırıb qəza törətdilər - Biri öldü, digəri yaralandı - VİDEO

162997

Dünən səhər saatlarında Lənkəran şəhərində ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, Hənifə Abdullayev küçəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çırpılıb. 

Nəticədə avtomobildə ön sərnişin oturacağında əyləşən 17 yaşlı İsmayıl Xansuvarlı hadisə yerində ölüb. Avtomobili idarə edən 23 yaşlı Taleh Abdullazadə ağır xəsarət alıb.

Bildirilir ki, qəzaya düşən gənclər avtoyuma məntəqəsində işləyib. Onlar yumaya verilmiş avtomobili götürərək şəhər ərazisində sürətlə idarə ediblər və yağışlı hava şəraitində avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO