294 nəfər Vəkillər Kollegiyası üçün test imtahanı verəcək

294 nəfər Vəkillər Kollegiyası üçün test imtahanı verəcək

Hazırda oxunan: 294 nəfər Vəkillər Kollegiyası üçün test imtahanı verəcək

162961

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bizim.Media DİM-ə istinadən xəbər verir ki, imtahan vermək üçün 294 nəfər qeydiyyatdan keçib.

Namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb.

Elektron qaydada təşkil olunacaq imtahan DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında, saat 10:00-da və 15:00-da olmaqla 2 növbədə keçiriləcək və 3 saat davam edəcək. İmtahan başa çatdıqdan sonra iştirakçıya nəticələr haqqında arayış təqdim olunur.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Namizədlər imtahanın başlanmasından ən az 1 saat əvvəl imtahan keçirilən binanın önündə olmalıdırlar.

İmtahanda iştirakçılara qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO