Xaçmazdakı dəhşətli qətlin TƏFƏRRÜATI 

Xaçmazdakı dəhşətli qətlin TƏFƏRRÜATI 

Hazırda oxunan: Xaçmazdakı dəhşətli qətlin TƏFƏRRÜATI 

162873

Xaçmazda ötən gün meyiti tapılan 57 yaşlı Rasim Hacıyevin qətlinin bəzi təfərrüatları məlum olub. Meyitə baxış keçirilərkən onun bədəninin müxtəlif nahiyələrinə 20-dən artıq bıçaq zərbələri endirildiyi məlum olub. 

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, Rasim Hacıyevin Xaçmaz şəhərinin İzmailovka yaşayış massivindəki evlərin birində meyiti aşkar edilərkən onun üzərində və olduğu yerdə hər hansı sənədi olmayıb.  

Buna görə də, mərhumun şəxsiyyətini müəyyən etmək üçün polis bir neçə saat vaxt sərf etməli olub. Araşdırma zamanı məlum olub ki, 57 yaşlı Rasimin şəxsiyyət vəsiqəsi olmayıb və onun şəxsiyyəti doğum haqqında şəhadətnaməsinə əsasən dəqiqləşdirilib. 
Artıq xəbər verdiyimiz kimi,DİN və Baş Prokurorluğun yaydığı məlumata görə,Rasim Hacıyevi 61 yaşlı Faiq Əliyev aralarında baş verən mübahisə zəminində öldürüb. Faiq Əliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib. Xaçmaz rayon prokurorluğunda CM-nin 120.1 maddəsi ilə açılmış cinayət işinin ibtidai istintaqı davam edir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO