Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan silah-sursatla bağlı vətəndaşlara müraciət edib.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə deyilir ki, qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş son 3 ildə könüllü olaraq polis orqanlarına 553 odlu silah və 80 minə yaxın döyüş sursatı təhvil verib.
Bununla belə, daxil olan məlumatlar göstərir ki, Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla ələ keçirdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur.
Bir daha nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir.
Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə hüquq mühafizə orqanlarını məlumatlandıran şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:46 / 03.11.2023
DİN-dən qanunsuz saxlanılan silah-sursatla bağlı növbəti MÜRACİƏT
Hazırda oxunan: DİN-dən qanunsuz saxlanılan silah-sursatla bağlı növbəti MÜRACİƏT
Hazırda oxunan: DİN-dən qanunsuz saxlanılan silah-sursatla bağlı növbəti MÜRACİƏT
162775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.