“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə qeydiyyat başlayır

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə qeydiyyat başlayır

Hazırda oxunan: “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə qeydiyyat başlayır

162746

3 noyabrdan etibarən “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə qeydiyyat başlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib. 

ABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi keçiriləcək. 
Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır. 

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 3 noyabr 11:00-dan etibarən 15 dekabradək //sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçərək qeyd olunan istiqamətlər üzrə müvafiq olaraq elektron ünvanlara formaları göndərməlidirlər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO