Günah “Prius”dadırsa, “Ferrari”yə dəymiş zərəri KİM ÖDƏYƏCƏK?

Günah “Prius”dadırsa, “Ferrari”yə dəymiş zərəri KİM ÖDƏYƏCƏK?

Hazırda oxunan: Günah “Prius”dadırsa, “Ferrari”yə dəymiş zərəri KİM ÖDƏYƏCƏK?

162738

Xəbər verdiyimiz kimi ötən gecə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobilləri toqquşub. Hər iki avtomobil xeyli ziyan dəyib. Nəzərə alaq ki, “Ferrari California T” modelinin qiyməti 250 min dollardan başlayır.

Belə vəziyyətdə əgər günah “Toyota Prius” sürücüsündədirsə təbii ki, qəzaya düşən “Ferrari”-nin bütün xərcini sığorta şirkəti ödəməyəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “Ferrari” ilə “Prius” toqquşdu - VİDEO


Belə vəziyyətdə mübahisə necə həll olunur?

Məsələyə sığorta üzrə ekspert İlkin İbrahimli aydınlıq gətirib. 

O bildirib ki, avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə səğorta kompensasiyasının maksimum həddi daşınmaz əmlak üzrə 5 min, şəxsin sağlamlığına görə isə 50 min manatdır:

“Bu da o deməkdir ki, bir sığorta hadisəsinə görə maksimum 5 min manat kompensasiya ödənilir. Nəzərə alaq ki, bəzi hallarda kompensasiya alacaq tərəfin avtomobili kifayət qədər bahalı olduğundan onun təmir xərci də xeyli yüksək olur. Həmin xərci də sığorta kompensasiyası ilə qarşılamaq mümkün deyil.

“İcbari+” adlı sığorta forması var. Bu o deməkdir ki, vətəndaş könüllü olaraq bu sığorta məhsulundan istifadə edə bilər. Hazırda bir sıra sığorta şirkətləri bu məhsulu da təklif edir. Bu sığorta məhsulundan istifadə edənlər törətdikləri avtoqəza zamanı qarşı tərəf üçün daha yüksək məbləğdə, məsələn 10, 20 min manat sığorta kompensasiyası ala bilər”.

İlkin İbrahimli onu da əlavə edib ki, ötən gecə baş vermiş avtoqəzada günah “Toyota Prius” sürücüsünündürsə və həmin avtomobilin “İcbari+”  sığortası varsa, “Ferrari”yə dəymiş ziyan tam şəkildə sığorta şirkəti tərəfindən ödənilir: 

“Əgər bu sığorta məhsulu yoxdursa, ona ziyan vuran tərəf qalan ziyanı könüllü şəkildə ödəyir. Əgər ziyan vuran tərəf bu ödənişdən imtina etsə, onda ziyan görmüş tərəf məhkəmə qaydasında iddia qaldıra bilər. Məhkəmə vasitəsilə dəymiş zərəri ziyan vuran tərəfdən tələb edə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO