Yol Polisi sosial şəbəkədə yayılan video ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - VİDEO 

Yol Polisi sosial şəbəkədə yayılan video ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - VİDEO 

Hazırda oxunan: Yol Polisi sosial şəbəkədə yayılan video ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - VİDEO 

162670

Sosial şəbəkələrdə Prius sürücüsünün qorxunc görüntüləri yayılıb. 

Bizim.Media xəbər verir ki, əvvəlcə hərəkətdə olan avtomobilin pəncərəsindən çölə çıxır, sonra isə sükanı ayaqları ilə idarə etməyə başlayır. 

Avtomobildəki digər sərnişinlər də, sürücüdən geri qalmır. Hətta onlardan biri, nəqliyyat vasitəsinin hərəkətdə olmasına baxmayaraq, arxa qapının pəncərəsindən çıxaraq, ön qapının pəncərəsindən içəri girmək istəyir. 

Yenidən sükan arxasına keçən sürücü sərnişini qucağına alaraq nəqliyyat vasitəsini idarə etməyə davam edib. 

Sosial şəbəkələrdə yayılan görüntüləri nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı şərh edib. 

Elməddin Muradlı bildirib ki, məsuliyyətsizlik edən həmin şəxslərə qanunvericiliyin tələblərinə uyğun olaraq ağır cəza tətbiq olunmalıdır. Çünki, təkcə özlərinin deyil, başqalarının da həyatlarını təhlükəyə atıblar. 
Məsələ ilə əlaqədər Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev bildirib ki, görüntülərlə bağlı artıq araşdırma aparılır. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO