DİN Hövsanda qanunsuz küçə ticarəti ilə bağlı tədbirlərə BAŞLADI – FOTO

DİN Hövsanda qanunsuz küçə ticarəti ilə bağlı tədbirlərə BAŞLADI – FOTO

Hazırda oxunan: DİN Hövsanda qanunsuz küçə ticarəti ilə bağlı tədbirlərə BAŞLADI – FOTO

162627

Hövsan qəsəbəsinin mərkəzində qanunsuz küçə ticarətinin ləğv olunduğunu xəbər vermişdik. Həmçinin bununla bağlı ictimaiyyətə foto və videofaktlar da təqdim etmişdik.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində küçə ticarəti, antisanitariya, çirkab suların küçəyə axıdılması və digər hüquqpozmalara qarşı profilaktik tədbirlərə başlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bizim.Media YAZDI – Hövsanda qanunsuz küçə ticarəti LƏĞV OLUNDU – VİDEO  


Onun sözlərinə görə səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət, həmçinin iaşə obyektlərindən çirkab suların küçəyə axıdılması halları aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Hüquqpozmalara yol verən şəxslərlə izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib.

Nurlan Əliyev bu istiqamətdə tədbirlərin davam etdirildiyini vurğulayıb.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO