Ötən ay zəhərlənmədən 6 nəfər ÖLÜB 

Ötən ay zəhərlənmədən 6 nəfər ÖLÜB 

Hazırda oxunan: Ötən ay zəhərlənmədən 6 nəfər ÖLÜB 

162573

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib. 

Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub. 

Qəbul olunan xəstələrdən 64-i dərmandan, 24-sı sirkə turşusundan, 8-si göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib. 
Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 3 nəfəri ilan sancıb. 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO