Şəkidə idarə rəisi yüksək vəzifəyə təyin EDİLDİ – FOTO

Şəkidə idarə rəisi yüksək vəzifəyə təyin EDİLDİ – FOTO

Hazırda oxunan: Şəkidə idarə rəisi yüksək vəzifəyə təyin EDİLDİ – FOTO

162550

Şəki Regional Ədliyyə İdarəsinin rəisi yüksək vəzifəyə təyin edilib. 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə rəis müavini təyin olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, Şəki Regional Ədliyyə İdarəsinin rəisi Abdulla Yusifov tutduğu vəzifədən azad edilərək nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini təyin edilib. 

Qeyd edək ki, Abdulla Yusifov 1961-ci ildə Şəkinin Baş Layısqı kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Uzun illər prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb. Yaş həddinə görə təqaüdə çıxandan sonra Şəki Regional Ədliyyə İdarəsinə rəis təyin edilib.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO