Xəbər verdiyimiz kimi Azərbaycanın 59 rayonunda icbari tibbi xidmət tətbiq edilir. Bu ilin aprel ayının 1-dən isə qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.
MÖVZU İLƏ BAĞLI:
Aprelin 1-dən icbari tibbi sığortanın tətbiqinə başlanılır — Proses belə olacaq
Təbii ki, indi hər bir vətəndaşı bu xidmətdən necə yararlanacağı maraqlandırır.
Professor Adil Qeybulla Bizim.Media-ya icbari tibbi sığortanın təfərrüatlarından danışarkən bildirdi ki, əhalinin bütün təbəqəsi konkret meyarlar üzə sığortalandıqdan icbari tibbi sığorta vəsiqəsi verildikdən sonra onlara təqdim olunan paket üzrə xidmətlərdən istifadə edəcəklər:
“İcbari Tibbi Sığortaya aid olan xidmətlər sırasında mütləq təxirəsalınmaz müalicələr, tibbi xidmətlər və əməliyyatlar da yer alır.
Məsələn, vətəndaş qəza keçirdib, təcili əmliyyat olunmalıdır. Sığortası varsa əməliyyatın qiymətindən aslı olmayaraq bu tibbi xidmət ona göstərilməlidir. Bir sözlə, təxirəsalınmaz yardım kimi bütün xidmətlər icbari tibbi sığorta paketinə daxil olacaq''.
Ekspert bildirdi ki, ilkin mərhələdə stomatoloji tibbi xidmətlər, estetik əməliyyatlar icbari tibbi sığorta paketinə daxil olmaya bilər:
“Aprelin 1-də tətbiqinə başlanılan icbari tibbi sığortaya əlavə olaraq doğum xidmətləri də daxil olacaq”.
Ekspert deyir ki, icbari tibbi sığortaya görə əmək haqqından müəyyən məbləğ tutulan vətəndaş qeydiyyatda olduğu poliklinikaya yaxınlaşmalıdır:
“Sahə həkiminin göstərişləri əsasında icbari tibbi sığorta paketindən yararlana biləcək. Ümumilikdə isə 3500-dən çox tibbi xidmətin göstərilməsi nəzərdə tutulur”.
Sığorta üzrə ekspert İlkin İbrahimov söyləyir ki,18 yaşadək vətəndaşların icbari tibbi sığorta haqları dövlət büdcəsi hesabına qarşılanır.
İşləyən vətəndaşlarda həm işəgötürəndən, həm də işçidən sığorta haqqı tutulur. Aztəminatlı, əlil, pensiya yaşına çatmış şəxslərin də sığorta haqqı dövlət büdcəsi hesabına qarşılanır.
Hətta işsiz kimi qeydiyyatda olmayanlar da 2024-cü ilə kimi dövlət büdcəsindən ayrılan vəsait hesabına İcbari Tibbi Sığorta haqqı qarşılanır. Mülki hüquqi müqavilə ilə işləyənlər aylıq təxmini 10 azn sığorta haqqı ödəməlidirlər.
Ekspert vurğuladı ki, İcbari Tibbi Sığorta haqqının əmək haqqından ödənişi bir qayda olaraq işəgötürəndən 2%; işçidən 2 % tutulur:
“Əmək haqqı 8000 AZN-ə kimi və bundan yuxarı olduqda 0.5 % tutulur. Vəkillər, VÖEN - lə işləyən şəxslərin əmək haqqlarından minimum 4% təxminən 10 AZN aylıq ödəniş tutulur.”
Gülşanə Mustafayeva, Bizim.Media