Nə qədər çox şikayətlər olsa belə Bakıətrafı ərazilərdə nəqliyyat xidməti günümüzün tələblərindən xeyli geri qalır. Ətraf ərazilərdən paytaxtın mərkəzinə gəlib-gedən sərnişinlər bir qayda olaraq basabasda, bəzi hallarda isə avtobusun qapısından sallanaraq mənzil başına çatmaq məcburiyyətində qalırlar.
214 nömrəli marşrut avtobusunda da oxşar vəziyyət yaranıb. Belə ki, sürücülərdən biri avtobusu qapısı açıq şəkildə idarə edərək sərnişinlərin həyatını təhlükəyə atıb.
Bəs, həmin sürücü ilə bağlı hansı tədbir görülüb?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mövqeyini öyrəndik.
Agentlikdən Bizim.Media-ya bildirildi ki, avtobusu qapını açıq idarə etməsi yol hərəkəti qaydalarının pozulmasıdır və inzibati xəta tərkibi yaradan haldır:
“Məsələ ilə bağlı AYNA tərəfindən 214 saylı marşrutun daşıyıcısına sürücü barədə tədbir görülməsi və bu kimi halların təkrarlanmaması barədə xəbərdarlıq edilib. Həmçinin sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişindaşıma imkanlarının artırılması üçün xəttə əlavə avtobusların cəlb edilməsi barədə də tapşırıq verilib”.
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 01.11.2023
Avtobusu qapısı açıq idarə edən sürücü CƏZALANDIRILDI – VİDEO
Hazırda oxunan: Avtobusu qapısı açıq idarə edən sürücü CƏZALANDIRILDI – VİDEO
Hazırda oxunan: Avtobusu qapısı açıq idarə edən sürücü CƏZALANDIRILDI – VİDEO
162433
Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.