“Meşəli hadisələrində iki güllə yarası almış şəxs kimi hakimdən xahiş edirəm ki, Vaqif Xaçatryana ömürlük həbs cəzası verilsin”.
Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən məhkəmədə Meşəlidə zərərçəkmiş Salman Rəhimov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO
Zərərçəkmiş ifadəsində bildirib ki, Meşəli hadisələrinin təşkilatçısı məhz Xaçatryan olub.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Xaçatryanın vəkili Radmila Abulovadır.
Görüntüləri təqdim edirik:
Nuranə Daxilqızı, Bizim.Media