TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri ŞUŞADA - FOTO 

TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri ŞUŞADA - FOTO 

Hazırda oxunan: TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri ŞUŞADA - FOTO 

162318

Şuşada keçirilən TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri şurasının 9-cu toplantısının iştirakçılarının Şuşa şəhərinə gəzintisi təşkil edilib. 

Bizim.Media xəbər verir ki, iştirakçılar əvvəlcə Şuşa qalasını, "Xan qızı bulağını", "Molla Pənah Vaqifin məqbərəsini", "Cıdır düzünü" və bir sıra gəzib-görməli yerləri ziyarət ediblər. 

Toplantı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək. 
Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini müzakirə edəcək. 

Qeyd edək ki, sabah Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq. Festival noyabrın 4-dək davam edəcək. 






















Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO