Bakının mərkəzində TƏHLÜKƏ – Ötən əsrdən qalan rabitə dirəyi niyə YENİLƏNMİR? - FOTO

Bakının mərkəzində TƏHLÜKƏ – Ötən əsrdən qalan rabitə dirəyi niyə YENİLƏNMİR? - FOTO

Hazırda oxunan: Bakının mərkəzində TƏHLÜKƏ – Ötən əsrdən qalan rabitə dirəyi niyə YENİLƏNMİR? - FOTO

162311

Paytaxtın Yasamal rayonu ərazisində, “Nizami” metrostansiyasının yaxınlığındakı məhəllədə yerləşən rabitə dirəyi təhlükəli vəziyyətə düşüb. Ötən əsrdən qalan və vaxtilə taxta-şalbandan hazırlanan dirəyin aşağı hissəsi çürüyüb.

Bu barədə Bizim.Media-ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər. 

Onların sözlərinə görə, Hacı Sultan Əli məscidinin arxasındakı dirək köməkçi vasitə ilə yerə bərkidilib. 

Yayayış evlərinin yaxınlığında yerləşən və hər an aşa bilmə ehtimalı böyük olan  dirək illərdir ki, yenilənmir. XXI əsrdə şəhərin mərkəzində hələ də dirəyin ağacdan olması isə narahatlıq və təssüf doğurur. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu əraziyə baxış keçirildiyini və sözügedən dirəyin işıq deyil, rabitə dirəyi olduğunu bildirib. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Alidə Mustafayeva isə məsələnin araşdırıldığını qeyd edib. 




Günel, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO