Azərbaycan xəstəxanalarında randevu sistemi TƏTBİQ OLUNACAQ 

Azərbaycan xəstəxanalarında randevu sistemi TƏTBİQ OLUNACAQ 

Hazırda oxunan: Azərbaycan xəstəxanalarında randevu sistemi TƏTBİQ OLUNACAQ 

162268

"Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda tətbiq olunacaq randevu sistemi test rejimində artıq hazırdır və “Medinex” - 2023" sərgisində nümayiş olunacaq. Randevu sistemi ilin sonunadək bir neçə xəstəxanada test rejimində çalışacaq". 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) barədə məlumat verərkən deyib. 

Onun sözlərinə görə, sərgidə “e-Tabib” mobil tətbiqinə əlavə olunacaq randevu sistemi haqqında məlumat veriləcək:

"Sərgidə həmçinin çəkisi 4 kq-dan az olan rentgen cihazı da təqdim ediləcək. İnnovativ avadanlıqların ölçüləri kiçik olsa da, dəqiq nəticələrin əldə olunmasına imkan yaradır". 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” - 2023" sərgisinin rəsmi dəstəkçisidirlər. 

Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində tətbiq olunan randevu sisteminə əsasən, xəstələr canlı operatorlar vasitəsilə və ya elektron formada istədikləri xəstəxanaya müraciət üçün əvvəlcədən qeydiyyatdan keçə bilirlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO