Bakıda ailəsi tərəfindən fiziki şiddət görmüş azyaşlı Sabunçu rayon Polis bölmələrindən birinin qarşısında aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə polis bölməsinin qarşısına buraxılan 6 yaşlı oğlan sığınacağa yerləşdirilib və reablitasiyaya cəlb olunub:
“Uşağın dediyinə görə Sabirabadda yaşayıblar. Ora isə Naxçıvandan gəliblər. Həm də deyir ki, Bakıxanov qəsəbəsində kirayədə qalırdıq. Dediyinə görə özündən başqa iki bacısı və bir qardaşı da var. Ehtimal edirik ki, anası narkotik istifadəçisidir. Yetərincə fiziki şiddət görüb. Uşaq bildirib ki, onu evdə “bicbala” deyib döyürmüşlər.
Hazırda Sabunçu rayon Polis Şöbəsi tərəfindən araşdırma gedir. Ailəsinin axtarışı ilə bağlı nəticəni gözləyirəm”.
Kəmalə Ağazadə onu da əlavə edib ki, uşaq 3 gündür sığınacaqdadır və adaptasiyası normal gedir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 31.10.2023
Daha bir azyaşlı polis bölməsinin qarşısına ATILIB – “Mənə evdə “bic” deyib döyürdülər” – FOTO
Hazırda oxunan: Daha bir azyaşlı polis bölməsinin qarşısına ATILIB – “Mənə evdə “bic” deyib döyürdülər” – FOTO
Hazırda oxunan: Daha bir azyaşlı polis bölməsinin qarşısına ATILIB – “Mənə evdə “bic” deyib döyürdülər” – FOTO
162242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.