Ağsudakı qəzada ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB 

Ağsudakı qəzada ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB 

Hazırda oxunan: Ağsudakı qəzada ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB 

162067

Oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində yol qəzası olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, “Forland” markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Məmmədov Anar Bəxtiyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. 

Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

*** 08:45

Ağsuda yük avtomobili aşıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

112 qaynar xəttinə Ağsu rayonunun Kalva kəndində yük avtomobilinin aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO