DİN: Gəncədə məktəbliyə narkotik vurulması ilə bağlı yayılan iddialar əsassızdır

DİN: Gəncədə məktəbliyə narkotik vurulması ilə bağlı yayılan iddialar əsassızdır

Hazırda oxunan: DİN: Gəncədə məktəbliyə narkotik vurulması ilə bağlı yayılan iddialar əsassızdır

161929

Bəzi sosial şəbəkə səhifələrində Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı yayılan iddialarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. 

Bildirilib ki, həmin məktəbli və valideyni müəyyən edilib. Araşdırmalarla müəyyən edilib ki, həmin səs yazısındakı iddialar tam əsassızdır. Məktəbli valideyn nəzarətində sorğulara cavabında bildirib ki, o məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görüb qorxub. 
Bununla yanaşı, müvafiq ekspertiza təyin olunub və ekspertiza rəyinə əsasən də onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO