44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr 

44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr 

Hazırda oxunan: 44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr 

161866

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 

Bizim.Media Vətən müharibəsinin xronikasını təqdim edir. 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib ki, Bərdə sakinlərinin qisası yerdə qalmayacaq. 

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib. 

- Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. 

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ermənistanın Bərdədə dinc sakinlərə etdiyi hücumla bağlı paylaşım edib:

"Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur" 

- Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub. 

- Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. 

- Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını atəşə tutub. 

- Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsü yayılıb. 

- Azərbaycan Ordusu tərəfindən Ermənistana məxsus hərbi texnika və canlı qüvvəsini məhv edilməsinin videogörüntüləri yayılıb. 

- Bərdədə ölənlərin sayı 21 olub, 70 nəfər yaralı olduğu açıqlanıb. 

- Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib. Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib. 

- Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib. 

- Bərdənin vurulma anının videogörüntüsü yayılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO