Kriminal avtoritetin məhkəməsində təqsirləndirilən şəxs üzr istəyib - FOTO 

Kriminal avtoritetin məhkəməsində təqsirləndirilən şəxs üzr istəyib - FOTO 

Hazırda oxunan: Kriminal avtoritetin məhkəməsində təqsirləndirilən şəxs üzr istəyib - FOTO 

161819

Bakıda “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Şahmar İsmayılov ifadə verib. 

O bildirib ki, zərərçəkmiş Nicat Əkbərovu öldürmək istəməyib:

"Öldürmək istəsəydim, şansım var idi. Məni tanımırlar. Mən onun adını çəkmişəm. Üzümə baxanda atəş açmışam. Qohumum Elnur Qasımovun ölümündə Nicat Əkbərovun əli var. Onu qorxutmaq istəmişəm ki, qohumlarımdan, yaxınlarımdan əl çəksin. Elnur Qasımovu Nicat Əkbərov öldürməyib. Onun yerini bildirib, buna görə də əli olub. İstəmişəm ki, yaxınlarımdan əl çəksin".

Təqsirləndirilən şəxs deyib ki, hadisədən əvvəl Naxçıvanda olub və Bakıya gələndə onu Vüqar Quliyev qarşılayıb:

"Hadisə yerinə Vüqarla gəlmişəm. Ona demişdim ki, pul almağa gəlmişəm. Silahdan atəş açanadək Vüqarın heç nədən xəbəri olmayıb. Vüqarı özümdən kənarlaşdırmaq istədim. Üstümdə silah olmasından da xəbəri olmayıb. Nicat çıxanda atəş açdım, o da qaçdı. Silah avtomobildə qaldı". 

Digər təqsirləndirilən Şahmar İsmayılov hadisədən sonra Türkiyəyə getmək üçün bilet aldıqlarını və hava limanında həbs edildiklərini söyləyib:

"Nicat Əkbərovla şəxsi tanışlığım olmayıb və onu ancaq sosial şəbəkələrdən tanımışam". 

Digər təqsirləndirilən Vüqar Quliyev deyib ki, Şahmar İsmayılovla dost olublar:

"Ramal Məmmədov və zərərçəkmiş Nicat Əkbərovu tanımıram. Şahmar İsmayılovu Bakıya gələndə qarşılamışam. Hadisə günü Şahmar pul almağa gedəcəyini dedi və onunla birlikdə getdik. Hadisədən atəş açanda xəbər tutdum". 

Təqsirləndirilən Ramal Məmmədov Şahmar İsmayılov və Vüqar Quliyevi tanımadığını vurğulayıb:

"Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun dostu olmuşam. Mən Şahmar İsmayılova silah verməmişəm. Ona görə də ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiqləmirəm". 

Zərərçəkmiş Fəqan Rəhimli bildirib ki, hadisə yerində olarkən ayağından və bel nahiyələrindən güllə yarası alıb: "Səhhətimdə ciddi problemlər yaranıb. Mən güllənin atılmasını görməmişəm. Çünki arxadan atəş açılıb. Şikayətçiyəm". 

Şahmar İsmayılov zərərçəkmiş Fəqan Rəhimlidən baş verən hadisəyə görə üzr istəyib. 
Zərərçəkmiş Tamerlan Hüseynov bildirib ki, hadisə zamanı ayağından yaralanıb və xəstəxanada müalicə alıb. O, təqsirləndirilən şəxslərə qarşı, ümumilikdə, 10 min manat mülki iddia qaldırdığını deyib: "Müalicə zamanı xərcim çıxıb. Səhhətimlə bağlı bir neçə ay işləyə bilməmişəm. Həmçinin avtomobilimə ziyan dəyib. Ona görə də ziyanın ödənilməsini istəyirəm". 

Zərərçəkmiş, kriminal ailəmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərov bildirib ki, təqsirləndirilən şəxsləri tanımır:

"Hadisə günü idman zalından çıxmışam. Hadisəni xatırlamıram. Təqsirləndirlilən şəxslərdən şikayətçi deyiləm. Mənə atəş açan şəxsi görmüşəm. Orada bir nəfər idi". Zərərçəkmiş bildirib ki, Emin Qasımov və onun qardaşı Elnuru 29 ilə yaxındır tanıyır: "Son üç ildə münasibətlərimiz olmayıb. Onlarla əlaqəmiz yoxdur". 

Şahid Seymur Həsənov qeyd edib ki, Nicat Əkbərovu tanıyır, onunla uşaqlıq dostu olublar:

"Bir neçə atəş səsi gəldi. Atəş açan şəxsi görməmişəm". Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib. S.Həsənov ifadəsində göstərib ki, Nicat Əkbərov kriminal aləmdə tanınan şəxs olub, onu "Brilyant Nicat" kimi tanıyıb: "Emin Qasımov da kriminal aləmin nümayəndələrindən olub. Emin Qasımovun qardaşı Elnur İstanbulda öldürülüb, Emin də qardaşının ölümündə Nicat Əkbərovu günahkar bilib. Nicatın Elnurun qətlindən heç bir xəbəri olmayıb. Çünki aralarında ziddiyyətlər var idi". 

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib. 
Qeyd edək ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkıranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO