Gəncədə küçəyə atılan azyaşlılara kəskin respirator virus infeksiyası diaqnozu QOYULUB 

Gəncədə küçəyə atılan azyaşlılara kəskin respirator virus infeksiyası diaqnozu QOYULUB 

Hazırda oxunan: Gəncədə küçəyə atılan azyaşlılara kəskin respirator virus infeksiyası diaqnozu QOYULUB 

161777

Gəncədə nənənin küçəyə atdığı və Bakıdakı 1 saylı körpələr evinə yerləşdirilən iki azyaşlı Kliniki Tibbi Mərkəzin (KTM) tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasında müayinədən keçiriliblər. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, KTM-dən bildirilib ki, 2021-ci il təvəllüdlü Miriyusif Cəlilov və bacısı, 2023-cü il təvəllüdlü Mələyə kəskin respirator virus infeksiyası diaqnozu qoyulub. 

Qeyd olunub ki, onların vəziyyətləri kafidir. 

Xatırladaq ki, oktyabrın 21-də səhər saatlarında Gəncədə yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini İH inzibati binasının qarşısında tərk edib gedib.

Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İH əməkdaşlarına verib. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin və Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib. 

Uşaqların anası Cəlilova İlahə Natiq qızının narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə İH tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib. 
Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində körpələr evinə yerləşdiriliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO