Lənkəranda TƏHLÜKƏLİ VƏZİYYƏT – Rabitə dirəyi asılı vəziyyətdə QALIB – FOTOFAKT

Lənkəranda TƏHLÜKƏLİ VƏZİYYƏT – Rabitə dirəyi asılı vəziyyətdə QALIB – FOTOFAKT

Hazırda oxunan: Lənkəranda TƏHLÜKƏLİ VƏZİYYƏT – Rabitə dirəyi asılı vəziyyətdə QALIB – FOTOFAKT

161633

Lənkəran rayonunun Gərmətük qəsəbəsində təhlükəli vəziyyət yaranıb. Qəsəbənin mərkəzində, Gərmətük tam orta məktəbə gedən yolda rabitə dirəyi naqildən asılı vəziyyətdə qalıb. Qəsəbə əhalisi təhlükəli vəziyyətdə olan dirəkdən narahatdır.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görütülər paylaşılıb və şərhlərdən də belə anlaşılır ki, problem uzun müddətdir ki, mövcuddur.

Hətta qəsəbə əhalisinin iddiasına görə dəfələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə problemlə bağlı müraciət ediblər.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Alidə Mustafayeva

Bizim.Media-ya açıqlamasında məsələnin araşdırıldığını və əraziyə baxış keçiriləcəyini bildirib. Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO