Baş Prokurorluqdan “Qranit-QP” MMC-nin vəzifəli şəxslərinin cinayət işi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan “Qranit-QP” MMC-nin vəzifəli şəxslərinin cinayət işi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş Prokurorluqdan “Qranit-QP” MMC-nin vəzifəli şəxslərinin cinayət işi ilə bağlı AÇIQLAMA

161606

Qanunvericiliyin tələblərinə görə faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməli olduğu halda təəssüflər olsun ki, bəzi media və sosial şəbəkə səhifələrində hazırda məhkəmə baxışında olan “Qranit-QP” MMC-nin vəzifəli şəxslərinin təqsirləndirildiyi iş üzrə cinayət təqibinə dair detalların məqsədli və mütəmadi şəkildə ictimailəşdirilməklə guya qanun pozuntularına yol verilməsi barədə təhrif olunmuş məlumatlar yayılır. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, məhkəmə baxışında olan cinayət işi üzrə əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir. 

"Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və əsassız məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik", - qurumdan bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO