Göygöldə ayılar kəndlərə HÜCUM ETDİ 

Göygöldə ayılar kəndlərə HÜCUM ETDİ 

Hazırda oxunan: Göygöldə ayılar kəndlərə HÜCUM ETDİ 

161449

 Göygöl rayonunun Quşçu və Qarabulaq kəndlərində ayılar təsərrüfata hücüm edərək zərər vurublar. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, kənd sakinlərinin verdiyi məlumata görə, son günlərdə dəfələrə onlara məxsus arı yeşikləri, mal-qara və meyvə ağacları ayılar tərəfindən zərər görüb. 

Sakinlər bildirib ki, bir neçə gün öncə həm Quşçu kəndində, həm də qonşu kəndlər olan Qarabulaq və Sarısu kəndlərində bir neçə nəfərin təsərrüfatına ayılar tərəfindən ciddi zərər yetirilib. 

Belə ki, ayılar Quşçu kənd sakini Y.Qarayevaya, həmçinin Qarabulaq kənd sakini M.Haqveridyevaya məxsus arı təsərrüfatına zərər vurub, bir neçə pətək dağıdılıb, arı ailələri tələf olub. 

Qarabulaq kənd sakini E.Məmmədova məxsus meyvə və qoz ağacları da ayılar tərəfindən sındırılıb. 

Qarabulaq kənd sakini S.Alışanova məxsus 2 baş mal-qara isə ayılar tərəfindən parçalanıb. 

Sakinlər oxşar halın qonşu kənd olan Sarısu kəndində də baş verdiyini bildiriblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO