Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus teplovoz Çarxı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-FR-207 olan “Mercedes” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın qarşısına çıxıb.
Bu barədə Bizim.Media-ya ADY-dən bildirilib.
Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb, teplovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.
"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 25.10.2023
Azərbaycanda teplovoz avtomobillə TOQQUŞDU
Hazırda oxunan: Azərbaycanda teplovoz avtomobillə TOQQUŞDU
Hazırda oxunan: Azərbaycanda teplovoz avtomobillə TOQQUŞDU
161439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.